AZ

Demilitarizasiya zonası: Alman təşəbbüsü, yoxsa ABŞ nin mesajı?

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Almaniya kansleri Fridrix Merts Ukrayna ilə bağlı aparılan danışıqlarda ölkənin şərqində demilitarizasiya olunmuş zonanın yaradılmasının müzakirə edildiyini bildirib.

O, ZDF telekanalına açıqlamasında bu məsələ üzrə ABŞ, Rusiya, Ukrayna və Avropa arasında danışıqların getdiyini deyib. Merts qeyd edib ki, belə bir zona tərəfləri bir-birindən uzaqlaşdırmağa xidmət edəcək və bunun xüsusi iqtisadi zona ilə əlaqəsi yoxdur. Kanslerin sözlərinə görə, bu məsələlər hələlik gələcək planlar mərhələsindədir.

Bəs görəsən, bu təşəbbüs Almaniyanın öz mövqeyidir, yoxsa ABŞ-nin Avropa üzərindən verdiyi mesaj?

Bu təşəbbüsü tam şəkildə Almaniyanın müstəqil mövqeyi kimi təqdim etmək çətindir. Daha çox ehtimal olunan variant budur ki, bu fikir ABŞ-nin strateji xəttinin Avropa, xüsusən Almaniya üzərindən səsləndirilməsidir.

Çünki Almaniya Ukrayna müharibəsində indiyədək reaktiv və koordinasiyalı davranıb. Berlin nə hərbi eskalasiyada lider olub, nə də sülh təşəbbüslərində Vaşinqtondan kənar xətt aparıb. Fridrix Mertsin açıqlaması da birdən-birə ortaya çıxan alman ideyası deyil, daha geniş diplomatik müzakirələrin ictimailəşdirilmiş formasıdır.

Digər tərəfdən, ABŞ üçün hazırkı mərhələdə əsas məqsəd müharibəni dərhal bitirməkdən çox, onu idarəolunan fazaya keçirməkdir. Demilitarizasiya olunmuş zona ideyası məhz buna xidmət edir: cəbhəni sabitləşdirmək, eskalasiyanı azaltmaq, amma siyasi həlli qeyri-müəyyən vaxta saxlamaq. Bu isə ABŞ diplomatiyasının klassik alətlərindən biridir.

Üstəlik, Almaniyanın daxili siyasi konteksti də bunu izah edir. Berlin daxilində müharibənin uzanmasına qarşı narahatlıq artır və Merts bu cür açıqlamalarla həm daxili auditoriyaya “sülh axtarışı” mesajı verir, həm də Vaşinqtonla ziddiyyətə girmir.

Yəni Berlin burada ideya istehsalçısından çox, mesaj daşıyıcısı və legitimləşdirici rol oynayır.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
icma.az

1Mənbələr