AZ

"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq

Xəbər verdiyimiz kimi, axın günlərdə Hava Limanı yolu üzərində yerləşən Baku Expo Center-də "Dino Park" açılacaq.

Marja.az-ın məlumatına görə, "Dino Park"-ın açılışına saylı günlər qalıb.

"Hazırda ərazinin qurulması və abadlaşdırılması prosesi davam edir. Açılışa çox az qalıb!", - "Dino Park" yaydığı məlumatda bildirib.

"Dino Park"a giriş üçün biletin qiyməti böyüklər üçün 15 manat, uşaqlar üçün 20 manat olacaqdır. 3 yaşadək uşaqlara girişin pulsuz olması nəzərdə tutulub. Fiziki qüsurlu şəxslərə isə giriş ödənişsiz olacaqdır. Bilet bütün gün üçün keçərlidir.

Sosial şəbəkə izləyiciləri 3 və daha çox uşağı olanlar üçün qiymətlərin yüksək olduğunu yazıblar.

"Dino Park" bu gün məlumat yayaraq bildirib ki, 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq oluncaqdır. Bunun üçün təsdiqedici sənəd təqdim edilməlidir.

Seçilən
119
1
marja.az

2Mənbələr