AZ

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA

"Quru sərhədlərin bağlı qalmasının rəqəmsal ifadəsini tapmaq çox çətindir. Amma ölkə iqtisadiyyatına ziyan vurduğu dəqiqdir. Əsasən də turizm və sərhədyanı ticarətə ciddi zərbə vurur.

İnsanların psixoloji durumna belə təsir edir. Bir çoxlarının qohumları sərhədin o tərəfində olduğunu nəzərə alaq. Hətta sosial problemlərin yaranmasına səbəb olur".

Bu sözləri "Sitat.info"ya açıqlamasında iqtisaçı ekspert REAL partiyasının sədri Natiq Cəfərli deyib.

N.Cəfərli bildirdi ki, sərhədlərin bağlı qalması iqtisadiyata da ciddi zərbə vurur:

"Rəqəmsal olaraq baxanda, görürük ki, ölkəyə 2019-cu ildə 3  milyon 700 min turist gəlmişdisə, keçən il ölkəyə 1.7 milyon  turist gəlib. Yəni, ciddi azalma var. Bu da onu göstərir ki, turizmdən gələn gəlir azalır.

Ümumlikdə, quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına ziyan vurur".

Məğrur,

Sitat.info

Seçilən
88
2
sitat.info

3Mənbələr