AZ

Tofiq Zülfüqarov Rusiya rəsmisinin dediklərini yalanladı: “Meğridən keçən dəmir yolu Azərbaycan mülkiyyətidir”

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rəsmi Moskva qəfil xatırlayıb ki, guya Ermənistanın Meğri rayonu üzərindən keçən dəmir yolu Rusiyanın Dəmir Yollarına məxsusdur”.Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yerli mediaya şərhində bildirib.

 

O, Rusiya XİN-in MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqinin son bəyanatlarını şərh edib. Kaluqin bildirmişdi ki, Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyaya malikdir və “Tramp marşrutu” da (Zəngəzur dəhlizi – red.) bu konsessiyaya daxil olacaq.

Sabiq nazir vurğulayıb ki, Meğri üzərindən keçən dəmir yolu faktiki olaraq Azərbaycan mülkiyyətidir.“İstər erməni, istərsə də Rusiya tərəfinə xatırlatmaq istəyirəm ki, bu dəmir yolu Azərbaycan SSR-in və onun hüquqi varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir! Bizim mülkiyyət hüquqlarımız Alma-Ata bəyannaməsinə əlavə olunan sənədlərlə təmin olunub. Qanunsuz zəbt edilmiş əmlak Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz!” — deyə Tofiq Zülfüqarov bildirib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
1
bizim.media

2Mənbələr