Tbilisi, 17 dekabr, AZƏRTAC
Gürcüstan Parlamenti Avropa İttifaqının tövsiyəsinə uyğun olaraq, 2022-ci ildə yaradılmış Korrupsiyaya qarşı Mübarizə Bürosunun ləğvini nəzərdə tutan qanunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, 77 deputat qanunun lehinə səs verib.
Qanun imzalanmaq üçün Prezident Mixeil Kavelaşviliyə göndərilib.
Prezident qanunu imzaladıqdan sonra Korrupsiyaya qarşı Mübarizə Bürosu 2026-cı il martın 2-də fəaliyyətini dayandıracaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi