AZ

Rusiya və İran dəmir yolu xətti ÇƏKİR

Ajans.az xəbər verir ki,bu barədə İranın Tikinti və Nəqliyyat İnfrastrukturunun İnkişafı üzrə direktoru Huşəng Bazvand məlumat verib. Bazvand bildirib ki, bir aydan az müddətdə İran nümayəndə heyəti müqaviləni yekunlaşdırmaq üçün Rusiyaya səfər edəcək və bundan sonra Rəşt-Astara dəmir yolunda tikinti işlərinə faktiki olaraq başlanacaq. O əlavə edib ki, İran tərəfi Rusiyanın layihələndirmə və tikinti ilə bağlı təkliflərinin təxminən 70%-ni qəbul edib. Baş podratçı kimi isə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bir hissəsi olan Xatəm əl-Ənbiya tikinti şirkəti seçilib.

Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran Fars körfəzi limanlarına tam çıxış təmin etmək məqsədilə Şimal-Cənub layihəsinin bir hissəsi olaraq Rəşt-Astara avtomobil yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi üçün müqavilə imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir və Moskva ilə Tehran mal və xidmətlərin layihələndirilməsi, tikintisi və təchizatını birgə maliyyələşdirəcəklər.

Seçilən
34
4
Ajans.az

5Mənbələr