AZ

"Şəfa"nın kapitanı "Cəbrayıl"la oyundan öncə belə danışdı

1-ci Liqanın 11-ci turunda lider "Şəfa" Şamaxıda "Cəbrayıl"ın qonağı olacaq. Bakı təmsilçisinin kapitanı Tərlan Quliyevlə ilə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Təcrübəli müdafiəçinin Fanat.Az-a açıqlaması belə oldu:

"Rəqibə hörmətlə yanaşırıq. Matça yaxşı hazırlaşmışıq. Bilirik ki, "Cəbrayıl" iki tur əvvəl səfərdə  "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Rəqibin heyətində bir neçə futbolçunu şəxsən bəyənirəm. 

Bütün oyunlara qələbə üçün çıxırıq. "Cəbrayıl"la görüşdə də 3 xal qazanmaq istəyirik. Əlbəttə, həmişə qələbə qazanmaq olmur. Bəzən xal itkiləri də qeydə alınır. Hələ yolun yarısına da çatmamışıq. Nə vaxtsa uduza da bilərik. Məqsədimiz isə hər oyun üçün dəyişməzdir. Çempionluğu hədəfləmişik. "Cəbrayıl"la səfər, MOİK-lə ev oyunundan 6 xal götürüb qış fasiləsinə indiki kimi lider mövqeyində yollanmaq istəyirik.

Qeyd edək ki, "Cəbrayıl" - "Şəfa" görüşü dekabrın 19-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək.

Nihat

Seçilən
156
1
fanat.az

2Mənbələr