Rusiya Müdafiə Nazirliyi Kollegiyasının genişləndirilmiş iclası keçirilib.
"Yeni Sabah" interax-a istinadla xəbər verir ki, müdafiə naziri Andrey Belousov hesabatında Ukrayna qoşunlarının Donbas və Zaporojyedəki mühüm müdafiə məntəqələrinin məhv edildiyini bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu 300-dən çox yaşayış məntəqəsini azad edib.
Kollegiyanın genişləndirilmiş iclasında Rusiya prezidenti Vladimir Putin Şimali Koreya hərbçilərinin Kursk vilayətinin azad edilməsinə verdiyi töhfəni qeyd edib:
"Şimali koreyalı silahdaşlarımızı da təbrik etmək istərdim. KXDR-in dövlət işləri üzrə sədri yoldaş Kim Çen Inın qərarı ilə onlar Kursk vilayətinin azad edilməsində iştirak etmək üçün göndərilib və rus əsgərləri ilə çiyin-çiyinə düşmənlə mərd və cəsarətlə vuruşublar".
Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri “azad edilmiş Kursk vilayətinin minalardan təmizlənməsi üzrə genişmiqyaslı və son dərəcə mürəkkəb işdə iştirak ediblər”.
Telegram kanalımız