Bakı. Trend:
Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın təşkilatçılığı və“Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon2025” tədbiri keçirilib.
Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.
Tədbirin açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoruElmar Qasımov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, SOCAR-ınStrateji idarəetmə və innovasiyalar Departamentinin rəisi TeymurƏliyev, “Microsoft” şirkətinin təmsilçisi Gumyrbek Sandibekov,SOCAR-ın Baş data inzibatçısı Azad Hüseynov çıxış edərək tədbirinölkəmizin innovasiya ekosistemi üçün xüsusi əhəmiyyət daşıdığınıqeyd edib, bu yarışmanın gənclərin yaradıcı potensialını ortayaçıxarmaq, real sənaye problemlərinə innovativ yanaşmaları müəyyənetmək baxımından böyük imkanlar açdığını vurğulayıblar. Çıxışlarda,həmçinin SOCAR-ın innovasiya strategiyası və rəqəmsaltransformasiya istiqamətində həyata keçirdiyi layihələr barədəməlumat verilib, “SOCAR Hackathon 2025”də iştirak edən komandalarauğurlar arzulanıb.
İki gün davam edən “SOCAR Hackathon 2025” tədbirində komandalar“süni intellekt mühəndisliyi” və “məlumat mühəndisliyi”istiqamətlərində yarışıblar.
Tədbirin ilk günündə iştirakçılar “Microsoft” şirkətinin “datavə süni intellekt xidmətləri” mövzusunda təqdimatını dinləyib,yarışın məqsədləri, qiymətləndirmə meyarları və texniki imkanlarıilə tanış olublar.
Daha sonra komandalar ideya mərhələsinə keçərək mentorlarındəstəyi ilə problemlərə innovativ yanaşmalar üzərindəçalışıblar.
“Hackathon”un ikinci günü komandalar layihələrini tamamlayaraqmünsiflər heyətinə təqdim ediblər.
Münsiflərin müzakirəsindən sonra qaliblər elan edilib. “Süniintellekt mühəndisliyi” istiqaməti üzrə “Neon Tech” birinci,“Triangle” ikinci, “BitByte” komandası isə üçüncü yerə, “məlumatmühəndisliyi” istiqaməti üzrə isə “VSG” birinci, “NoWay” ikinci,“Osmos” komandası isə üçüncü yerə layiq görülüb.
Sonda qaliblərin mükafatlandırılması mərasimi olub.