Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rus Pravoslav Kilsəsinin rəhbəri, bütün Rusiyanın patriarxı Kirill Moskvanın Krylatskoye rayonunda yerləşən Müqəddəs Vladimir Knyaz kilsəsində bazar günü vəftiz (Xristianların “xaç suyu” mərasimi) ayini zamanı verdiyi açıqlamada “Rusiya vətəndaşlarının son dərəcə firavan bir dövrdə yaşadığını” bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Kirill möminləri Tanrıya şükür etməyə çağırarkən, mövcud hakimiyyəti də bu şükrün bir hissəsi kimi qeyd edib.
“Doğrudan da çox firavan bir zamanda yaşayırıq. Bəzən insan öz-özünə düşünür: İlahi, bu həqiqətən baş verirmi?”, - deyə Kirill vəftiz ayini zamanı bildirib.
O, Rusiyanın çarlıq dövründən bəri ilk dəfə olaraq pravoslav inancına sahib şəxslər tərəfindən idarə olunduğunu vurğulayıb:
“Pravoslav bir dövlət başçısı, pravoslav bir baş nazir, pravoslav qubernatorlar, pravoslav müəllimlər və məktəb direktorları… Daha nə istəyə bilərik ki!”.
Bu səbəbdən Kirill həm yaşadıqları ölkə, həm də pravoslav insanların rəhbərlik etdiyi hakimiyyət üçün Tanrıya şükür edilməsinin vacib olduğunu qeyd edib.
Kirill həmçinin bu gün Rusiyanın həyata keçirdiyi bütün fəaliyyətlərə görə də minnətdarlıq göstərilməli olduğunu bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.