AZ

Tacikistan Rusiya səfirindən məktəb qətli ilə bağlı izahat tələb etdi

Ajans.az Nazirliyə istinadən xəbər verir ki, uşağa hücum etnik nifrət zəminində törədilib. Hadisə ilə bağlı Tacikistan Xarici İşlər Nazirliyinə Rusiya səfiri Semyon Qriqoryev çağırılıb. Səfirə Rusiya tərəfindən bu faciəli hadisənin dərhal, obyektiv və qərəzsiz araşdırılması və bütün iştirakçıların qanunun bütün sərtliyi ilə məsuliyyətə cəlb edilməsi tələb olunan nota təqdim edilib.

Bundan əlavə, Nazirlik bildirib ki, Tacikistan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə mərhumun ailəsi və dostları ilə daim əlaqə saxlamaq və məsələnin nəzarətdə saxlanılması tapşırılıb.

Seçilən
119
Ajans.az

1Mənbələr