AZ

“Bizimlə danışıqlardan imtina etsələr” Putin yenə hədələyir

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya Ukraynadakı əraziləri ələ keçirmək məqsədindən əl çəkməyəcək və buna diplomatik və ya hərbi yolla nail olacaq. 

"AzPolitika" xəbər verir ki, bunu növbəti dəfə Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasındakı çıxışı zamanı deyib.

"Biz münaqişənin ilkin səbəblərini diplomatik yolla həll etməyə üstünlük verərdik, amma əgər onlar bizimlə danışıqlardan imtina etsələr, Rusiya tarixi torpaqları hərbi yolla azad edəcək", - deyə Putin bildirib.  

Putin həmçinin deyib ki, "Oreshnik" raket sistemi ilin sonuna qədər döyüş növbəsinə qoyulacaq.

Xatırladaq ki, bundan öncə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün razılığa gəlmək ərəfəsindədir, lakin Moskvanın güzəştə getməyəcəyi şərtlər var. Bunlar işğal olunmuş beş bölgəyə nəzarət və Ukraynada NATO qoşunlarının mövcudluğu ilə bağlıdır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
123
50
azpolitika.info

10Mənbələr