AZ

Bölgə klubunda vəziyyət düzəlmir – Meydana çıxmağa futbolçu yoxdur

Azərbaycan II Liqası təmsilçisi “Quba”da sular durulmur.

İdmanxeber.az-a verilən məlumata görə, bir müddətdir maddi problem yaşayan bölgə klubundə çətinliklər davam edir. Oyunlara 12-13 nəfərlə gedən komandanı daha iki nəfər tərk edib.

Futbolçular maaşlarını ala bilmədikləri üçün bu addımı atıb. Hazırda komandanın heyətində növbəti turda matça çıxacaq 11 futbolçu yoxdur.

Xatırladaq ki, “Quba” bir müddət öncə sosial şəbəkədən azarkeşləri komandaya maddi dəstək olmağa çağırıb.

 

Seçilən
113
idmanxeber.az

1Mənbələr