AZ

“Yaşıl kampus” konsepsiyası çərçivəsində növbəti aksiya keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Yaşıl kampus” konsepsiyasının təşviqi, o cümlədən ekoloji tarazlığın qorunması, ölkədə həyata keçirilən yaşıllaşdırma təşəbbüslərinə dəstək məqsədilə yeni ağaclar əkilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, kampus ərazisində Abşeron yarımadasının təbiəti, iqlimi və relyefinə uyğun olaraq müxtəlif növ ağacların əkilməsində universitet rəhbərliyi, əməkdaşlar və tələbələr fəal iştirak ediblər.

Aksiya, eyni zamanda, BMU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 13-cü (İqlim dəyişikliyi ilə mübarizə) və 15-ci (Torpaq ekosistemlərinin qorunması) istiqamətlərinə uyğun fəaliyyət strategiyasının mühüm tərkib hissəsi olmaqla, ekosistemin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək hədəflərinə xidmət edib.

Seçilən
36
1
ekologiya.az

4Mənbələr