AZ

Mərkəzi Bank üç BOKT-ni cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Finex Kredit” BOKT (bank olmayan kredit təşkilatı) ASC-nin vəzifəli şəxsini 8 000 manat, BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsini 4 500 manat, və “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsini isə 1 500 manat cərimə edib.

Editor.az AMB-yə istinadən xəbər verir ki, yoxlamalar zamanı “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, həmçinin “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu müəyyənləşib.

Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən, AMB tərəfindən hər üç BOKT-nin vəzifəli şəxsləri cəzalandırılıb.

Seçilən
64
18
editor.az

10Mənbələr