AZ

Ən çox qazanan "Qarabağ"dır, "Neftçi" isə

Misli Premyer Liqasında iştirak edən klubların 2024-cü ildəki qazancları bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2024-cü ildə ən çox gəlir əldə edən klub "Qarabağ"dır. Ağdam təmsilçisi büdcəsinə 34 milyon 753 min 800 manat əlavə edib.

İkinci yerdə "Neftçi" olub - 28 milyon 617 min 506 manat. "Sabah" isə 26 milyon 953 min 800 manat gəlirlə üçüncüdür.

2024-cü ildə digər klubların gəlirləri:

"Zirə" - 10 milyon 968 min 897 manat

"Sumqayıt" - 9 milyon 178 min, 60 manat

"Səbail" - 7 milyon 799 min 500 manat

"Araz-Naxçıvan" - 6 milyon 208 min 100 manat

"Turan Tovuz" - 6 milyon 145 min 200 manat

"Kəpəz" - 3 milyon 711 min 300 manat

"Şamaxı" - 3 milyon 51 min 300 manat

Qeyd olunan məbləğlər reklam və sponsorlardan daxilolmalar, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri, bilet satışından daxilolmalar hesabına formalaşıb.

Seçilən
89
12
fanat.az

9Mənbələr