AZ

Bel ağrısı hansı xəstəliklərdən xəbər verə bilər?

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Əksər hallarda bel ağrısı əzələ mənşəli olur, lakin nadir hallarda bu, mədəaltı vəzi xərçəngindən xəbər verə bilər.

Redaktor.az xəbər verir ki, həkim Hizer Arçbold bu barədə "Independent" nəşrinə açıqlamasında xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, mədəaltı vəzi xərçəngi zamanı ağrı adətən həm qarın, həm də bel nahiyəsində hiss olunur. Onun sözlərinə görə, narahatlıq daha çox büstqalterin qayışının düşdüyü səviyyədə lokalizə olunur.

“Xüsusilə ağrı əvvəlcə yüngül diskomfort şəklində başlayıb zamanla güclənirsə və ya irəli əyiləndə azalırsa, bu hal tipik sayılır”, - deyə Arçbold qeyd edib.

O vurğulayıb ki, mədəaltı vəzi xərçəngi zamanı ağrı çox nadir hallarda yeganə simptom olur. Eyni zamanda insan səbəbsiz çəki itkisi, sarılıq və davamlı yorğunluq hiss edə bilər. 

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
redaktor.az

2Mənbələr