ain.az bildirir, Bizimyol portalına istinadən.
“Səhv xatırlamıramsa, 135 ölkə ilə Türkiyə Böyük Millət Məclisinin başqa ölkələrlə dostluq qrupu var. Amma iki ölkə var ki, Türkiyə Böyük Millət Məclisinin bütün nümayəndələri bu dostluq qruplarına üzvdür. Bunlardan biri Azərbaycan, digəri Şimali Kipr Türk Cümhuriyyətidir. Bu iki ölkənin dostluq qrupuna daxil olmaq üçün mütləq şəkildə birini vasitəçi etmək istəyirlər. Çünki dostluq qruplarının üzvlərinin məlum bir sayı var. Bura belə bir hərəkətli sahədir”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem danışıb. AK Parti Konya millət vəkili qeyd edib ki, İstanbul millət vəkili Şamil Ayrım dostluq qrupunun rəhbəridir, özü də onun müavini kimi fəaliyyət göstərir.
Orhan Erdem / Foto: Orxan, Bizimyol.info
“Mən bu dostluq qrupunda İstanbul millət vəkili Şamil Ayrımın köməkçisiyəm. Başqa dostlarımız da var. Biz özümüz bilərəkdən belə etdik. Mən Şimali Kipr Türk Cümhuriyyəti dostluq qrupunun rəhbəriyəm, Şamil bəy də mənim köməkçimdir. Bu sayədə üçüncü ölkənin də dostluq qrupu oldu. Azərbaycandan gələn heyətlərlə çox əlverişli şəkildə çalışırıq. Başda Şamil bəy, lazım olanda biz də dəstək göstəririk. Azərbaycana gedən qrupların içərisində mütləq biz də oluruq. Bizim dostluq qrupumuz ildə bir neçə dəfə səfər edir. Bu baxımdan bizim etdiyimiz çox hərəkətli, çox canlı münasibətləri yüksək səviyyədə tutan nüans parlament diplomatiyasıdır”-deyə Orhan Erdem bildirib.
Orxan Musa - İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.