ABŞ-ın keçmiş prezidenti Co Bayden bildirib ki, əgər ABŞ dünya lideri statusunu itirərsə, onun yerini Rusiya və ya Çin tutacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, “Hill” nəşri belə yazır.
“Əgər aparıcı güc olmağı dayandırsaq, yerimizi kim tutacaq - Rusiya, yoxsa Çin?” deyə eks-prezident sual edib.
Bayden bildirib ki, ABŞ dünya qarşısında məsuliyyət daşıyır və buna görə də qlobal liderliyini qoruyub saxlamalıdır.