Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Ermənistan öhdəliklərini həyata keçirər. Həm Konstitusiyasında etməli olduğu dəyişiklikləri edər. İllərlə haqsız-hüquqsuz ifadələrlə dolu, bəlkə də ermənistanlıların əlaqəsi olmayan erməni diasporunun oyunları ilə yox olacaq bir nöqtəyə gələn bir Ermənistan var. Bunu Nikol Paşinyan anlayır deyə düşünürəm. Ermənistanın qonşularından biri Türkiyədir. Ermənistanın Türkiyə ilə nə ticarət, nə də bir siyasi əlaqəsi var. Bunun da səbəbi də Azərbaycandır. Azərbaycan dövlətinin qərarı bizim qərarımızdır. Ermənistanla əlaqələr Ermənistan rəhbərliyi öhdəliklərini yerinə yetirdiyi zaman, Konstitusiyasını təmizlədikdən sonra bərpa oluna bilər. Bu halda, Türkiyə Ermənistanla ticarətə zəmin yaradar, sərhəd qapılarını açmağa başlayar”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem danışıb. AK Parti Konya millət vəkili Orhan Erdem qeyd edib ki, nəticədə qonşu ölkələr olaraq oradakı vətəndaşların da iqtisadi baxımdan daha yaxşı səviyyəyə gəlməsinə bir vəsilə olacaq.
Orhan Erdem / Foto: Orxan, Bizimyol.info
Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizi məsələsi çox önəmlidir: “Zəngəzur dəhlizi Azərbaycana, başda Türk dövlətlərinə, aramıza xəncər kimi soxulan və planlı xəritələri, sahələri yüzillər sonra yenidən açmaq deməkdir. Bir tək Ermənistanın deyil, Azərbaycanla və digər türk dövlətləri ilə, qısası hər kəslə bir ticarətin və əməkdaşlığın qurulduğu bir mühit olacaq. İnsanların necə ki, ticarət əlaqəsi qurduqları şəxslərlə münasibətləri bəzən bir qohumluq səviyyəsinə çatır və bəzi problemləri həll etməkdə yardım edir, bu mövzular da sabah Azərbaycanın Ermənistanla problemləri bitdiyi zaman ticarət mühitinə zəmin yarancaq. Ermənistan sadəcə Azərbaycanla deyil, Türkiyə və digər türk dövlətləri ilə də ticarət edəcək. Hər kəs üçün uyğun bir mühit olacaq. Amma verilən sözlər yerinə yetirilərsə”.
Orxan Musa - İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.