Bakı. Trend:
Qırmızı Ürəklər Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüvə Yeni il münasibətilə “Bayram səbəti” xeyriyyə aksiyasına startverir. 15 dekabr-5 yanvar tarixlərini əhatə edən aksiyanın məqsədiəhalinin sosial həssas qrupundan olan şəxslərə dəstək olmaq, bayramsevincini onlarla bölüşməkdir.
Aksiyaya qoşulmaq istəyənlər vizualda yerləşdirilən QR koduoxutmaqla, eləcə də Birbank/Kapital Bank terminallarından, Birbankvə m10 mobil tətbiqlərindən asanlıqla ianə edə bilərlər.
Fond hər kəsi bu humanist missiyaya qoşulmağa, həmrəylik nümayişetdirməyə və ehtiyacı olan ailələrə dəstək olaraq, onlara əslbayram sevinci yaşatmağa çağırır.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildəKapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraqfəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fondölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil,təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacibmövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın aliməqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafındabirləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflıtanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçünhttps://redhearts.az saytına daxil ola bilərsiniz.