AZ

Fransa Daxili İşlər Nazirliyinə kiberhücum olub, məxfi fayllar oğurlanıb

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fransa Daxili İşlər Nazirliyi (DİN) ötən həftə kiberhücuma məruz qaldığını təsdiqləyib. Onlarla məxfi faylın hakerlərin əlinə keçdiyi bildirilir.

Reyting.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Nunez elan edib.

Onun sözlərinə görə, dekabrın 12-də DİN-nin elektron poçt sisteminə kiberhücum edilib və nazirliyə məxsus “onlarla məxfi fayl” hakerlər tərəfindən ələ keçirilib.

Nazir ələ keçirilən fayllar arasında Axtarışda Olunan Şəxslər Faylı (AŞF) və Cinayət Qeydlərinin İşlənməsi Sisteminin (TAJ) olduğunu deyərək, bunları “vacib fayllar” adlandırıb.

Digər tərəfdən, Nunez hücumun tam miqyasını və hansı məlumatların ələ keçirildiyini bilmədiklərini vurğulayıb.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
92
reyting.az

1Mənbələr