AZ

Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç olub

Bu gün Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç olub.

APA-nın xəbərinə görə, bu gün Hadrut qəsəbəsinə 6 ailə (26 nəfər) köçürülüb.

Hadrut qəsəbəsinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Sonra evlərin açarları sakinlərə təqdim olunub.

Seçilən
15
3
apa.az

10Mənbələr