Qətərin paytaxtı Dohada FIFA-nın plenar sessiyası keçirilir.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, milli assosiasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva ali futbol qurumunun Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində sessiyada və komitə iclaslarında iştirak edir.
İlk iclas tanışlıq xarakterli olub, məqsədlərin müəyyənləşdirilməsinə, iş prosedurlarının və digər təşkilati məsələlərin razılaşdırılmasına həsr edilib.
Toplantıda qadın futbolunun inkişafı, müxtəlif regionlarda bu sahə üzrə FIFA layihə və proqramlarının tətbiqi, daha da irəli aparılması məsələləri ilə bağlı müxtəlif tövsiyələr verilir və müzakirələr aparılır.