AZ

“Araz Naxçıvan”ın legioneri Ukrayna klublarının HƏDƏFİNDƏ

Bizim media saytına istinadən ain.az xəbər verir.

“Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala ilə maraqlanan Ukrayna klublarının adlarına aydınlıq gəlib.Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri almaniyalı forvardı heyətinə qatmağı hədəfləyir.

 

Bunlar isə çempionatın ortababları sayılan “Kolos”, “Rux” və “Obolon”dur. Adıçəkilən komandalar hücum xəttində yaranmış problemi qış fasiləsində məhz Simakalanın keçidi sayəsində yoluna qoymaq niyyətindədirlər.

Lakin “Araz-Naxçıvan” rəhbərliyi aparıcı oyunçusunun mövsümün gedişində ayrılmasına qarşıdır. Klub hətta 28 yaşlı hücumçuya yeni birillik müqavilə də təklif edib. Simakala həmçinin Azərbaycan klublarının da diqqət mərkəzindədir.Qeyd edək ki, “Araz-Naxçıvan”a yayda Almaniyanın “Osnabrük” klubundan keçən Ba-Muaka Simakalanın müqavilə müddəti mövsümün sonuna qədərdir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
bizim.media

2Mənbələr