
Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana 20 milyon avroluq hərbi yardımın ayrılmasına qoyduğu vetonu ləğv edib.
Missiya.Az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Avropa üzrə redaktoru Rikard Jozviak mənbələrə istinadən məlumat verib.
Onun sözlərinə görə, yekun qərarın yanvar ayında verilməsi gözlənilir.
Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb və ittifaq xaricindəki ölkələrə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Bu yaxınlara qədər fondun resurslarının əksəriyyəti Ukraynaya yönəldilib.
Daşqın HəsənovMissiya.Az