
Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Gerasimovka kəndini nəzarətə götürüb.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kənd "Şərq" hərbi qrupunun bölmələri tərəfindən nəzarətə götürülüb.
Qeyd olunub ki, bundan əlavə, Rusiya ordusu Dnepropetrovsk vilayətindəki Andrivka və Qavrilovka kəndlərini, eləcə də Zaporojjya vilayətindəki Ternovate, Hulyaipole və Kosivtseve yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin iki briqadası və üç alayının şəxsi heyətini və texnikasını darmadağın ediblər.
Daşqın HəsənovMissiya.Az