Hədəf ərazisində partlayışlar və yanğın qeydə alınıb. Məlumata görə, “Slavyanskiy” zavodu ildə təxminən 5,2 milyon ton xam neft və kondensat emal edir və Rusiya ordusunun təminatında iştirak edir. Bundan əlavə, Rostov vilayətində yerləşən “Nikolayevskaya” neft bazasının ərazisinə də zərbə endirildiyi təsdiqlənib. İlkin məlumatlara görə, bir rezervuar və “Kapitan Qibert” adlı çay gəmisi zədələnib.
Həmçinin Luqansk vilayətinin ərazisində sahə artilleriya anbarı vurulub.