AZ

Hindistanda “narıncı” həyəcan siqnalı elan edilib

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni Dehlinin də daxil olduğu Dehli Milli Paytaxt Bölgəsini təsiri altına alan güclü hava çirklənməsi səbəbindən hökumət dövlət və özəl sektorda fəaliyyət göstərən bütün şirkətlər üçün əməkdaşların 50 faizinin evdən işləməsini məcburi edib.

"Cebheinfo.az" "India Today"a istinadən xəbər verir ki, Dehli Milli Paytaxt Bölgəsində hava keyfiyyətinin əvvəlcə “çirkli”, daha sonra isə “çox çirkli” səviyyəsinə yüksəlməsindən sonra səlahiyyətli qurumlar çirklənmə ilə mübarizə çərçivəsində əlavə məhdudiyyətləri qüvvəyə mindiriblər.

Bu çərçivədə hava çirklənməsi səbəbindən dövlət və özəl sektorda fəaliyyət göstərən bütün qurumlara 50 faiz evdən işləmə məcburiyyəti tətbiq edilib.

Səlahiyyətli şəxslər qəbul edilən qərarlara əməl etməyənlərə pul cəriməsi tətbiq olunacağı barədə xəbərdarlıq ediblər.Dehli hökuməti, həmçinin mövcud çirklənmə ilə mübarizə tədbirləri çərçivəsində tikinti fəaliyyətlərinin qadağan edildiyini açıqlayıb.

Səlahiyyətlilər işlərin dayandırılması səbəbindən işə çıxa bilməyən fəhlələrə kompensasiya ödəniləcəyini bildiriblər. Hindistan Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası hava çirklənməsi ilə mübarizə məqsədilə tətbiq olunan Mərhələli Mübarizə Fəaliyyət Planının (GRAP) 4-cü mərhələsini aktivləşdirib. Yeni Dehlidə məktəblər hibrit təhsil sisteminə keçib.

Dehli Milli Paytaxt Bölgəsində təsirli olan sıx duman səbəbindən 100 reys ləğv edilib, 300-dən çox reys isə gecikib.

Hindistan Meteorologiya Departamenti (IMD) sıx dumanla əlaqədar “narıncı” həyəcan siqnalı elan edib.

Paytaxt Yeni Dehli və ətraf ştatlar hər qış avtomobil egzoz qazları, odun, kömür və anız yandırılması səbəbindən şiddətli hava çirklənməsi ilə üz-üzə qalır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
136
1
cebheinfo.az

2Mənbələr