AZ

Bulvar ərazisində obyektlərdən yığılan icarə haqları məlum oldu - Məhkəmədə yeni faktlar açıqlandı

BAKI, 17 dekabr. TELEQRAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Dənizkənarı Bulvar İdarəsi idarəsi tərəfindən ikinci nümayəndə gəlib. Amma hakim bildirib ki, zərərçəkmiş şəxsin yalnız bir nümayəndə qanunvericilikdə nəzərdə tutulub: "Vəkil yalnız bir neçə nəfər ola bilər. Biz gərək əvvəlki nümymdənin səlahiyyətərinə xitam vermək və yeni gələni işə buraxaq". Müzakirələrdən sonra idarənin əvvəlki namayındəsi işə buraxılıb, digər nümayəndənin isə şahid qismində dindirilməsi qərara alınıb. Daha sonra İlqar Mustafayev səhhətində yaranan problemlərlə bağlı izahat verib: "Bir il 5aydır həbs olunmuşam. iki saat əməliyyat olunmuşam. Stend qoyulub. Açıq əməliyyat olunmalam. İki həftədir ürək ağırılaırım var. Burada təmiz adımı bərpa etdiyim bir zaman da canımdan oluram. Ürək xəstəliyi elə bir şeydir ki, sabaha ümid yoxdur. Qapalı müəssisədə müalicə olunmağa şərair yoxdur. Cəza alacamsa, işimi bilim. Mən sədqətlə xidmət etmişəm. Bir işdir düşmüşəm. Prosesin keçirilməsinin sürətləndirilməsini istəyirəm". Hakim bildirib ki, prosesi aparılması günlərini tezləşdiriıcəklər və hər həftə işə baxılması təmin olunacaq. Daha sonra Dənizkənarı Bulvar İdarəsi İdarəsinin nümayəndəsi vəkillərin suallarını cavablandırıb. O bildirib ki, İlqar Mustafayevdən şikayəti yoxdur. Pandemiya dövründə bulvar hansı dövrıərədə işləməməsi ilə bağlı suallara cavab verə bilməyib. Deyib ki, həmin dövrdə işçi olmayıb: "Amma arxivdən həmin dövrlə bağlı sənədləri çıxarıb təqdim edə bilərəm. Bundan əlavə akrastiyonlardan yığılan pullarla bağlı bir söz deyə bilmərəm. Çünki buna maliyyə şöbəsi baxır. Onlardan sənədləri alıb təqdim edə bilərəm". Daha sonra nümayəndəyə gəmi gəzintisindən əldə olunan pullarla bağlı sənədlərin mövcudluğu ilə bağlı suallara verilib. Dpvlət ittihamçısı vəkilin bu suallarına etiraz edib. Bildirib ki, hazırda həmin sənədlər tədqiq olunmayıb. Etiraz qəbul olunub. Bundan sonra vəkil bulvar üçün kənardan güllərin alınması ilə bağlı suallar verilib. Nümayəndə deyib ki, istixanada da güllər yetişdirilib, amma kənardan alınan güllərlə bağlı məlumatı yoxdur. O, güllərin kənardan alınması, istinxnanada isə nə qədər güllərin yetişdirilməsi barədə növbəti iclasda öyrənərək məlumat veriləcək. Vəkilin bulvarda nağd pulların toplanması və paylaşılmasını nüçyəndədən soruşulub. O, bu barədə də növbəti iclaslarda məlumat verəcəyəni deyib. Nümayəndə dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı aparatların alınması barədə heç bir məlumatı yoxdur. Vəkil bildirib ki, idarədə 2023-cü ildə əməkhaqqı 7 milyon manat göstərilib, amma bu rəqəm 2024-cü ildə 14 milyon manat göstərilib. Vəkil souşub ki, bu rəqəmin artmasının əməkhaqlarının artması, yaxud işçi sayının artması ilə əlaqəlidir. Nümayəndə bunu da öyrənərək məhkəməyə spyləyəcəyini deyib. Daha sonra Dövlət vergi xidmətinin nümayəndəsi izahat verib. O bildirib ki, idarədə yoxlama aparılıb: "Yoxlama zamanı 2022-2024-cü illərdə "Mirvari" gəmisində 44 min 475 min sərnişin daşınıb. Səmədləşəmə tam aparılmayıb, vergidən yayındırılıb. Dövlət liman xidməti tərəfindən təqdim olunan məktub əsasında yoxlama aparılıb. Bundan əlavə digər obyektlərin icarədarların ifadəsi alınıb. Hesablama aparılıb və vergidən yayınma məlum olub. Ərazidə əmlaklar var. Həmin əmlaklar dövlət reyestrində qeydiyyata alınması da, həmin əmlaklar bulvar idarəsinin olması müəyyən olunub. Buna görə də həmin əmlakarla bağlı sənədləşmə aparılıb və əlavə dəyər vergisi, digər mənfəət vergisindən yayınma müəyyənləşdirilib". Nümayəndə bildirib ki, ümumilikdə 1 milyon 800 min manatdan çox vergidən yayınma mövcuddur. Daha sonra nümayəndə təqsirləndirilən şəxsin vəkillərinin suallarını cavablandırıb. Bildirib ki, ekspert dəvət olunub və həmin ekspert vergi yoxlaması ilə bağlı rəy verib. Suallara cavab verən nümayçndı qeyd edib ki, əməka vergisini hüquqi şəxsdən tutulması nəzərdə tutulub: "Bu verginin kimdən tutulmasını istintaq müəyyən edir. İstintaq dövründə sorğu verilib və həmin əmlakların kimə məxsus olmasını müəyyən etmək mümkün olmayıb". Sorğu-sual zamanı məlum olub ki, Azəriloteriya satış məntəqəsində bir kvadratmetri üçün 3 min manat icarə haqqı ödənilməsi müəyyənləşib. Bundan əlavə batut akrastiyonları üçün 20 min, Coca-Cola köçkünün 2 kvadrat metri üçün isə 14 min 500 manat müəyyən olunub. Həmçinin bildirib ki, bu obyektlərlə bağlı İlqar Mustafayevə vergidın yayınma müəyyən olunub. Növbəti proses dekabrın 22-də davam edəcək. Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və başqaları ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə təqsirli biliniblər. Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib. İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Seçilən
122
2
teleqraf.com

3Mənbələr