AZ

SOCAR və Macarıstanın MOL Group-u Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat sazişi imzalayıb

 SOCAR şirkəti ilə Macarıstanın MOL Groupu arasında Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və MOL Group-un İdarə Heyətinin sədri Jolt Hernadi imzalayıb.

MOL Group layihənin operatoru olaraq 65%, SOCAR isə 35% paya malikdir.

Saziş çərçivəsində seysmik tədqiqatlar 2026-cı ilin əvvəlində, daha sonra isə qazma işləri həyata keçiriləcək. Bu sənəd iki şirkət arasında strateji tərəfdaşlığın növbəti mərhələsi kimi qiymətləndirilir.

Aytac 

Seçilən
23
3
anews.az

10Mənbələr