Bakıda işlədiyi şirkətə 726 min manatlıq ziyan vurmaqda təqsirləndirilən iş adamı Heydər Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, aşağı instansiya məhkəməsinin hökmü ləğv edilib. Heydər Rzayevə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Heydər Rzayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülmüşdü.