AZ

Tanınmış məşqçi Braziliya klubundan ayrıldı

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Kruzeyro" "Monako"nun sabiq baş məşqçisi, Fransanın keçmiş çempionu Leonardo Jardimin istefaya göndərib.

Sportal.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı portuqaliyalı məşqçinin istefasına səbəb Braziliya kubokunun yarımfinal mərhələsində penaltilərdə "Korintians"a uduzaraq (2:1, 0:1, penaltilərdə 4:5) turnirdən kənar qalması olub. 

Jardim 2025-ci ilin fevral ayından "Kruzeyro"nu çalışdırırdı və onun rəhbərliyi altında Belo Horizonte klubu 2025-ci il A seriyasında 3-cü pilləni tutub. 

O, “Braqa”, “Olimpiakos”, “Sportinq”, “Monako”, “Əl-Hilal”, “Şabab Əl-Əhli”, “Əl-Rayyan”, “Əl-Əyn” kimi komandalarda işləyib.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
1
sportal.az

2Mənbələr