Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
Bu gün "Zaqatala" 1-ci Liqanın 11-ci turu çərçivəsində MOİK-i qəbul edəcək. Meydan sahiblərinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb lider oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlin son oyununda azarkeşlərimizi sevindirmək istəyirik. MOİK son vaxtlar forma yığıb. Heyətdə mikrozədələri olan və xəstələnən futbolçularımız var. Ümid edirik ki, bu, oyunumuza ciddi təsir etməyəcək. Komandamızda digərlərini layiqincə əvəzləyə biləcək oyunçular var.
Onların hücum xətti güclüdür. Çempionatın ən yaxşı bombardiri rəqibin heyətindədir. Diqqətli olmalı, uğur qazanmağa çalışmalıyıq".
Qeyd edək ki, "Zaqatala" - MOİK görüşünün start fiti 14:30-da səsləndiriləcək.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.