AZ

Rejissor: “Neft, hakimiyyət və milyonlar səltənətində” iki əsas personaj var

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 dekabr, Fidan Əlizadə, Azər İbrahimov, AZƏRTAC

“Neft, hakimiyyət və milyonlar səltənətində” pyes 3 gün müddətində oxunuş üçün tam hazır oldu. Əslində, bu tam səhnələşdirilmiş format deyil. Burada əsas məqsəd obrazlarla ilkin tanışlığın yaradılmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında rejissor və aktyor Mikayıl Merdinli deyib.

Onun sözlərinə görə, əsərdə iki əsas personaj yer alır. “Hadisələr Bakıya gələn rus kino rejissoru ilə digər obraz ətrafında cərəyan edir. Hər iki personajın xətti Hüseyn Ərəblinskinin həyatı və yaradıcılığı üzərində qurulub və əsərin ideya-məzmun əsasını məhz bu mövzu təşkil edir”, -deyə M.Merdinli əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
azertag.az

1Mənbələr