AZ

Gümüşün qiyməti növbəti tarixi rekordu yenilədi

Oxumeni.az saytına istinadən ain.az xəbər verir.

Gümüşün qiyməti növbəti tarixi rekordu yenilədi

Gümüşün qiyməti növbəti tarixi zirvəyə yüksəlib.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Comex ticarət platformasının məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 09:30-da bu qiymətli metalın troy unsiyası 66,360 dollara yüksəlib. Daha sonra isə 66,385 dollara qədər artım müşahidə olunub. Saat 09:37-ə olan məlumata görə, gümüşün qiyməti 66,210 dollara qədər düzəliş edib.

Ötən həftənin sonunda gümüşün dünya qiymətləri beş faizdən çox ucuzlaşıb və bir müddət 61,39 dollara qədər düşüb. Bu, 65 dollar və daha yuxarı səviyyələrə qalxmasından əvvəl baş verib. Oktyabrın əvvəlində gümüşün qiyməti 14 illik maksimuma çatmışdı.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
15
oxumeni.az

10Mənbələr