AZ

“Ermənistanın Mehridəki dəmir yolu Azərbaycanın mülkiyyətidir” –Tofiq Zülfüqarov

Ermənistanın Mehridəki dəmir yolu hissəsi Azərbaycanın mülkiyyətidir.

AzPost bildirir ki, bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bəyan edib.

Qeyd edək ki, Moskva bir neçə gün əvvəl “Tramp dəhlizi”nin perspektivi barədə açıqlama verib. Rusiya XİN qeyd edib ki, dəmir yolunun “Meğri hissəsi” “Rusiya Dəmir Yollarının mülkiyyətidir.

“Həm Ermənistan, həm də Rusiya tərəflərinə xatırlatmaq istəyirəm ki, bu dəmir yolu Azərbaycan SSR-in və onun varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir! Mülkiyyət hüquqlarımız Alma-Ata Bəyannaməsinin əlavələri ilə təmin edilir. Qanunsuz olaraq ələ keçirilmiş əmlakımız Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz”-deyə sabiq nazir vurğulayıb.

AzPost.az

Seçilən
75
1
azpost.info

2Mənbələr