Moskvanın Bagrationovski prospektində yerləşən səkkiz anbar və ofisi su basaraq 30 milyondan çox rubl zərərə səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Hadisə "Apple" texnikası ilə dolu anbarlarda baş verib. Hadisənin səbəbi yeddinci mərtəbədə partlayan boru olub. Məlumata görə, əvvəlcə həmin yerdə pəncərə sınıb və sonradan dəyişdirilib. Daha sonra idarəetmə şirkətinin əməkdaşları (İK) istiliyi işə salıblar və boruya təzyiq verildikdən sonra partlayıb. Qaynar su axını yeddi mərtəbəli binanın bütün keçid hissəsini su altında qoyub.
Aytəkin TOFİQQIZI