AZ

Bakı – Əbu-Dabi xətti: geosiyasi və iqtisadi tərəfdaşlıq dərinləşir

Bakı. Trend:

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındamünasibətlər son illərdə sürətlə inkişaf edən, strateji məzmun alanvə çoxşaxəli xarakter daşıyan tərəfdaşlıq nümunəsidir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayevdeyib.

Onun sözlərinə görə, bu əlaqələr qarşılıqlı hörmət, suverenlikvə daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulub və həmikitərəfli, həm də beynəlxalq platformalarda ardıcıl şəkildəmöhkəmlənir.

"İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur.Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed AlNəhyan arasında mütəmadi görüşlər qarşılıqlı etimadın və siyasiiradənin göstəricisidir. BƏƏ Azərbaycanın ərazi bütövlüyünü vəsuverenliyini daim dəstəkləyib, Azərbaycan isə Körfəz regionundaBƏƏ-ni etibarlı tərəfdaş kimi qəbul edir. Beynəlxalq təşkilatlarçərçivəsində də tərəflər bir-birinin təşəbbüslərinə dəstəkverirlər."

Politoloq qeyd edib ki, bu səfər və onun çərçivəsində baş tutangörüşlər Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)münasibətlərinin hazırkı mərhələsini və gələcək perspektivləriniaydın şəkildə nümayiş etdirir.

"İlk növbədə, Prezident İlham Əliyevin BƏƏ Prezidenti ŞeyxMəhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri ikidövlət arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun vəqarşılıqlı etimadın göstəricisidir. Son illər Azərbaycanla BƏƏarasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Energetika, bərpa olunan enerji, investisiyalar,nəqliyyat-logistika, humanitar və mədəni sahələrdə əməkdaşlıqdinamik şəkildə inkişaf edir. Əbu-Dabidə keçirilən görüş buəməkdaşlığın dərinləşdirilməsi, regional və qlobal proseslərə dairmövqelərin mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüşün məhz BƏƏ paytaxtında keçirilməsi Körfəz regionununAzərbaycan üçün artan geosiyasi və iqtisadi önəmini də vurğulayır.Azərbaycan Orta Dəhliz və Cənubi Qafqazda sabitliyin təmin olunmasıbaxımından mühüm aktor kimi çıxış edir, BƏƏ isə Yaxın Şərqdə vəqlobal miqyasda güclü siyasi-iqtisadi mərkəzlərdən biridir. Bukontekstdə dövlət başçılarının birbaşa təmasları ikitərəfliəməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək üçün mühümplatforma rolunu oynayır."

A.Qarayev bildirib ki, Prezident İlham Əliyev və BƏƏ PrezidentiŞeyx Məhəmməd bin Zayed Al Nəhyanın “Gələcəyin oyunları 2025” adlıillik qlobal idman turnirinin açılış mərasimində birgə iştiraketməsi isə səfərin humanitar və ictimai diplomatiya ölçüsünü önplana çıxarır.

"Müasir dövrdə idman təkcə yarış və əyləncə vasitəsi deyil, eynizamanda xalqları birləşdirən, innovasiya və texnologiyaları təşviqedən, gənclər arasında əməkdaşlığı gücləndirən mühüm alətəçevrilib. Azərbaycan liderinin bu cür qlobal idman tədbirindəiştirakı ölkənin beynəlxalq idman təşəbbüslərinə verdiyi dəstəyi vədünya miqyasında fəal mövqeyini bir daha nümayiş etdirir", - deyə oqeyd edib.

Məqalədə:
Seçilən
33
1
az.trend.az

2Mənbələr