AZ

“Qalatasaray”dan səs-küylü transfer -

“Qalatasaray” səs-küylü transfer həyata keçirmək istəyir. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi “Atletiko Madrid”in futbolçusu Antuan Qrizmannın xidmətində maraqlıdır. “Sözcü” qəzetinin məlumatına görə, komandada Leroy Sane və İlkay Gündoğan kimi dünyaca məşhur oyunçuların olması Qrizmannın “Qalatasaray”a transferində böyük üstünlük yaradacaq. İddialara görə, Türkiyə nəhəngi futbolçunu mövsümün fasiləsində transfer etmək istəyir.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm 26 matçda 7 dəfə fərlənib və 1 məhsuldar ötürmə edib. Futbolçunun "Atletiko Madrid"lə 2027-ci ilə qədər müqaviləsi var. Qrizmannın transfer dəyəri 11 milyon avrodur.

Seçilən
63
13
metbuat.az

8Mənbələr