AZ

Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd edən 4 Ermənistan vətəndaşı saxlanılıb  

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi "Sadaxlo" sərhəd sektorunda sərhədi qrup halında qanunsuz keçməyə cəhd edən 4 nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət sərhədinin mühafizə olunan hissəsində saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır. Onlar Gürcüstan dövlət sərhədini qanunsuz keçdiklərinə görə saxlanılıblar.

Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət içi başlanılıb. Saxlanılan şəxsləri 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Seçilən
77
2
azerbaijan-news.az

3Mənbələr