AZ

"Atlas Medical Center"inkülli miqdarda vergi borcu var

Xətai prospektində yerləşən "Atlas Medical Center" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb.

Teleqraf xəbər verir ki, MMC-nin hazırda dövlətə 179 min 344.37 manat vergi borcu var.

Qeyd edək ki, "Atlas Medical Center" MMC 2004-cü dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan mərkəzin hazırki qanuni təmsilçisi Əliyeva Əsli Əkbər qızıdır.

Xatırladaq ki, 2014-cü ildə Səhiyyə Nazirliyinin klinikada apardığı yoxlamalar zamanı klinikanın lisenziyadan kənar qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərməsi barədə nöqsanlar aşkarlanıb.

Ötən ilin aprel ayının əvvəlində açıqlanan rəsmi məlumata görə isə, “Atlas Medical Center” qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən işçilərin praktik tibb və əczaçılıq fəaliyyətinə cəlb edilməsinə görə cərimə olunub.

Seçilən
118
teleqraf.com

1Mənbələr