AZ

Azərbaycanda tıxac vergisi tətbiq oluna bilər: 5 MANAT - VİDEO

Azərbaycanda tıxac probleminin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqi müzakirə olunur.

Milli.Az xəbər verir ki, dünya praktikasında geniş istifadə edilən "tıxac vergisi"nin ölkəmizdə də tətbiqi gündəmdədir. Sözügedən sistem əsasən iri şəhərlərin mərkəzi hissələrində və nəqliyyatın sıx olduğu ərazilərdə tətbiq olunur. Məqsəd sürücüləri şəxsi avtomobildən daha az istifadə etməyə, ictimai nəqliyyata üstünlük verməyə təşviq etməkdir.

Ekspertlərin fikrincə, bu üsul həm yol hərəkətinin intensivliyini azaltmağa, həm də atmosferə atılan zərərli qazların həcmini minimuma endirməyə kömək edə bilər. Beləliklə, şəhər mərkəzlərində tıxac probleminin qarşısının alınması hədəflənir.

Qeyd olunur ki, tıxac vergisi dünya ölkələrində artıq sınaqdan çıxmış təcrübədir. Məsələn, Londonda bu sistem 2000-ci ildən tətbiq olunur və hazırda giriş haqqı təxminən 35 manata bərabərdir. Stokholm və Sinqapurda da oxşar mexanizmlər mövcuddur. Xüsusilə Sinqapurda bu sistem hələ 1975-ci ildən tətbiq edilir və effektiv nəticə verib.

Məlumatlara görə, sistemin tətbiqi zamanı şəhərin giriş-çıxış yollarında xüsusi terminallar quraşdırılmalıdır. İlkin ehtimallara əsasən, Azərbaycanda tətbiq ediləcəyi təqdirdə giriş haqqının təxminən 5 manat olacağı güman edilir. Lakin yekun məbləğin dəqiq hesablamalardan sonra müəyyənləşəcəyi bildirilir.

Hazırda məsələ müzakirə mərhələsindədir və qərar qəbul edilərsə, tətbiq mexanizmi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Hüseyn
Milli.Az

Seçilən
42
3
milli.az

4Mənbələr