Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Çinin Hefei şəhərində yerləşən Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətinin tanıdılması, Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının təbliği olub.
Tədbirin açılışında BDU-nun rektoru Elçin Babayev çıxış edərək, Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli etimad və qarşılıqlı əməkdaşlıq mədəniyyət, təhsil və elm sahələrində də əməkdaşlığın inkişafına geniş imkanlar yaradır. O, həmçinin BDU tələbələrinin Çində ikili diplom proqramı çərçivəsində beynəlxalq təcrübə qazandığını qeyd edib.
BDU və Anhui Universiteti heyətinin, Azərbaycandan olan tələbələrin, həmçinin Çindən və müxtəlif ölkələrdən olan təhsilalanların iştirak etdiyi tədbirin əsas hissəsində BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solistinin canlı ifasında Azərbaycan və Çin mahnıları səsləndirilib, Azərbaycanı tərənnüm edən videokadrlar nümayiş etdirilib.
Tədbirin ikinci hissəsində iştirakçılar üçün Azərbaycan çayı və milli şirniyyat nümunələrindən ibarət ənənəvi çay süfrəsi təşkil olunub.
-1 / 3
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.