ain.az bildirir, Azertag portalına istinadən.
Gəncə, 17 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və kənd təsərrüfatı sektorunun aparıcı şirkətlərindən olan “Agro Dairy” MMC-nin birgə təşkilatçılığı ilə tələbələr üçün “Effektiv kommunikasiyalar” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi gənclərin peşəkar karyera yolunda uğur qazanmaları üçün zəruri olan ünsiyyət bacarıqlarını inkişaf etdirmək olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim şirkətin öyrənmə və inkişaf supervayzeri olan, insan resursları sahəsində 10 ildən artıq rəhbər və ekspert təcrübəsinə malik, eyni zamanda, “INNAB Business School”un rəsmi təlimçisi və beynəlxalq SHRM sertifikatlı peşəkar Aysel Rzayeva tərəfindən təqdim edilib.
Kommunikasiya istənilən iş mühitində ən vacib bacarıqlardan biri hesab olunur. Təlim zamanı tələbələrə fərqli ünsiyyət üslubları, effektiv dinləmə texnikaları, rəqəmsal kommunikasiya qaydaları, eləcə də cavab vermə və qəbul etmə metodları haqqında geniş məlumat verilib.
Aysel Rzayeva praktiki keyslər və interaktiv məşqlər vasitəsilə tələbələrin mövzunu daha da dərindən mənimsəməsinə şərait yaradıb.
Təlimin sonunda suallar cavablandırılıb. Praktik məşqdə isə tələbələrdən aktiv olan 5 nəfər tələbəyə hədiyyə verilib.
-1 / 7
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.