Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qazaxıstan millisinin futbolçusu Qalımjan Kencebek yeni yeriməyə başlayan oğlu üçün milli qazax adəti olan “tusau keser” mərasimini həyata keçirib.
İdman.Biz xəbər verir ki, mərasimin əks olunduğu görüntü sosial şəbəkədə yayılıb.
Futbolçu bu mərasimlə övladının həyat yoluna uğur və açıqlıq arzuladığını bildirib. Tədbir ailə üzvlərinin və yaxınların iştirakı ilə milli ənənələrə uyğun şəkildə keçirilib.
Kencəbəkin bu addımı sosial şəbəkələrdə maraq və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, “tusau keser” uşağın ilk müstəqil addımlarını atması münasibətilə keçirilən və onun gələcəkdə büdrəmədən, rahat həyat yolu keçməsini simvolizə edən ən qədim qazax adətlərindən biridir.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.