ain.az bildirir, Footbal-plus portalına istinadən.
Neftçi (Bakı) - Sumqayıt 2:2 (1:0)13. Kenan Piriç - 5,524. Mustafa Sek - 5,05. İqor Ribeyro - 4,515. Elvin Bədəlov - 4,027. Kristian Kostin - 4,5(77. Falaye Sako, 82) - qiymətsiz18. İfeanyi Metyu - 6,08. Emin Mahmudov (k) - 6,0(14. Edvin Kuç, 82) - qiymətsiz11. İmad Faraj - 5,0(47. Murad Məmmədov, 82) - qiymətsiz10. Freddi Varqas - 4,523. Cordan Rezabala - 5,0(28. Alessio Kurçi, 89) - qiymətsiz9. Bassala Sambu - 7,0(45. Vensan Abubakar, 73) - 4,0Ehtiyat oyunçular1. Emil Balayev93. Rza Cəfərov 17. Murad Xaçayev19. Ağadadaş Salyanski22. Luis Ortis Baş məşqçi: Yuri VernidubKomandanın ən yaxşısı: Bassala Sambu22. Xəyal Fərzullayev - 5,580. Keffel Resende - 6,014. Pedro Pinto - 5,572. Rayan Senhadji - 6,0(3. Höccət Haqverdi, 89) - qiymətsiz6. Rauf Rüstəmli - 4,5(9. Aleksandr Ramalinqom, 46) - 6,071. Masaki Murata - 5,5(75. Nadir Orucov, 63) - 5,58. Səbuhi Abdullazadə (k) - 6,519. Roy Kehat - 5,0(95. Nsane Smon, 46) - 6,023. Ronaldo Vaskes - 6,011. Aleksa Yankoviç - 5,5(10. Nikola Ninkoviç, 63) - 5,57. Rüstəm Əhmədzadə - 6,0Ehtiyat oyunçular 1. Mehdi Cənnətov56. Aftandil Arixov66. Ruslan Əliyev37. Nihad OrucəliMəşqçi: Şahin AbdullayevKomandanın ən yaxşısı: Səbuhi AbdullazadəQollar: İ.Faraj, 34 (1:0, B.Sambu). B.Sambu, 50 (2:0). N.Simon, 74 (2:1, K.Resende). S.Abdullazadə, 82 (2:2, R.Vaskes). Vərəqələr: E.Bədəlov, 28 (qeyri-idman hərəkəti). R.Rüstəmli, 32 (qeyri-idman hərəkəti).S.Abdullazadə, 34 (qeyri-idman hərəkəti). R.Senhadji, 48 (qeyri-idman hərəkəti). N.Ninkoviç, 90 (qeyri-idman hərəkəti). F.Varqas, 90 (qeyri-idman hərəkəti) - sarı. Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov (hamısı Bakı).VAR hakimi: Elçin Məsiyev (Bakı).VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı). Hakim-inspektor: Anar Salmanov (Bakı).AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).15 dekabr. Bakı. “Palms Sports Arena”. 1164 tamaşaçı (1100 yerlik). Birinci hissəyə 2, ikinci 5 dəqiqə əlavə olunub. Oyunun qiyməti: 6,0. Kubokda mübarizəni dayandıran, ötən tur Yuri Vernidubun gözü önündə “Sabah”a açıq-aşkar uduzan “Neftçi” daha bir çətin sınaq qarşısındaydı. Çünki bakılılar kimi, “Sumqayıt” da avrokuboklara vəsiqə uğrunda mübarizə aparır və paytaxta uduzmaq üçün gəlməmişdi.Vernidubun rəhbərliyi altında ilk oyuna çıxan “ağ-qaralar” startdaca ağırlığını ortaya qoydu, onların üstünlüyü uzun müddət davam etdi. İlk təhlükəli vəziyyət 10-cu dəqiqədə yarandı. Kornerin ardından Varqasın zərbəsi zamanı top müdafiəçilərə, daha sonra Xəyala dəyərək meydanı tərk etdi. 13-cü dəqiqədə Yankoviçin uzaqdan zərbəsi qapı dirəyinin azacıq yanından keçdi. 7 dəqiqə sonra Sambu Farajı zərbə mövqeyinə çıxardı. Lakin İmad yüzfaizlik qol imkanını əldən verdi. 34-cü dəqiqədə isə Sambu Faraja elə ötürmə verdi ki, ikincini bu dəfə qol vurmaqdan başqa şansı qalmadı və açıldı. 45-ci dəqiqədə Faraj yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə Eminin ötürməsindən sonra yenə də real qol vəziyyətini qaçırmaqla. Halbuki Sambuya da ötürə verə bilərdi. İkinci hissəyə də bakılılar fəal başladı. 49-cu dəqiqədə Eminin ötürməsindən sonra top Pintoya dəyərək Sambunun qarşısına düşdü. 9 nömrəli forvard hesab arasındakı fərqi artırdı. 58-ci dəqiqədə Səbuhinin cərimə meydançasından kənardan qapıya zərbəsi “çərçivə”dən yan keçdi. 61-ci dəqiqədə idə Rezabalanın baxımlı ötürməsindən sonra Faraj yenə də etməli olduğunu bacarmadı. Qapıya zərbə vurmaq əvəzinə yersiz driblinq edərək topu itirdi. 6 dəqiqə sonra isə Xəyal Varqasın qol vurmasına mane oldu. Bu qədər qol imkanları qaçırılandan sonra “vurmayana vurarlar” prinsipinin işə düşməsi təbii idi. 74-cü dəqiqədə Resendenin ötürməsindən sonra tam nəzarətsiz qalan, yenicə meydana çıxan Smon hesab arasındakı fərqi minimuma endirdi. 81-ci dəqiqədə başverənlər isə “Neftçi” müdafiəsinin vəziyyətinin güzgüsü idi. Ribeyro topu buraxdı, Elvin saxlaya bilmədi. Daha sonra Ribeyro topu çıxarmaq istəyəndə düz Ramalinqoma vurdu. Yerdə - iki müdafiəçi arasında topu saxlayan Ramalinqom komandasının qol vurmasında böyük rol oynadı. Vaskes cərimə meydançası daxilində yaxşı açılan Səbuhini gördü. “Kimyaçılar”ın kapitanı saxlamadan topu qapıya göndərdi və hesab bərabərləşdi. Beləliklə, “Neftçi” növbəti dəfə 2:0 öndə olduğu oyunda hesabı qoruya bilmədi. “İmişli” ilə oyunda da belə olmuşdu. Sadəcə, onda “ağ-qaralar” uduzmuşdularsa, bu dəfə, heç olmasa, 1 xal qazandılar.Gözdən qaçmadı// “Sumqayıt”ın yeni fanklubu yaranıb. Debüt edən azarkeş qrupunun adı isə “Komando Sumqayıt”dı.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.