AZ

Bakıda açılacaq “Dino Park”a giriş qiymətləri məlum oldu

Yaxın günlərdə Hava Limanı yolu üzərində yerləşən “Baku Expo Center”də “Dino Park” açılacaq.

KONKRET.az marja.az-a istinadən xəbər verir ki, “Dino Park”ın Bakının ən böyük və ən həyəcanlı dinozavrlar parkı olacağı bildirilir.

Burada nəhəng, real ölçülü və səs-küylü dinozavrlarla yanaşı – interaktiv atraksionlar, hərəkət edən dinozavrlar və hətta üzərində gəzə biləcəyiniz xüsusi ride-dinozavrlar yer alacaqdır.

Daha bir yenilik – “pulsuz avtobus xidməti” də olacağı elan edilib. Belə ki, “Koroğlu” metro stansiyasından pulsuz avtobus sizi “Baku Expo Center”ə aparacaq və Baku Expo Center-dən “Koroğlu” metro stansiyasınadək gətirəcək. Avtobusların üzərində “Dino Park” yazılacaq.

“Dino Park”a giriş üçün biletin qiyməti böyüklər üçün 15 manat, uşaqlar üçün 20 manat olacaqdır. 3 yaşadək uşaqlara girişin pulsuz olması nəzərdə tutulub. Fiziki qüsurlu şəxslərə isə giriş ödənişsiz olacaqdır.

Bilet bütün gün üçün keçərlidir. Ərazidə mövcud olan bütün attraksionlar qiymətə daxildir. Ərazidə 20-dən çox hərəkət edən və səs çıxaran dinozavr mövcuddur. Ən böyük dinozavrın hündürlüyü 9,5 metrdir.

İmkanlar:

• 5 ədəd böyük şişmə batut

• 3 ədəd dairəvi batut

• Üzərinə minmək mümkün olan və hərəkət edən dinozavrlar

• Qum və oyuncaqlarla oyun zonası

• Ayrı oyun zonası

• Şəkil çəkmək üçün xüsusi zonalar.

Seçilən
65
5
konkret.az

6Mənbələr