AZ

Bakıda müəllim məktəbdə vəfat etdi

11:38 17.12.2025
11:38 17.12.2025

Bakıda orta məktəbdə müəllim vəfat edib.

Mynews.az qafqazinfo-ya istinadla bildirir ki, hadisə dekabrın 16-da, saat 12 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsindəki 197 saylı tam orta məktəbdə baş verib.

Məktəbdə ibtidai sinif müəllimi işləyən 1979-cu il təvəllüdlü Sevda Həsənovanın vəziyyəti qəfil pisləşib. Təcili yardım çağırılsa da, o, dünyasını dəyişib. İlkin məlumatlara görə, 46 yaşlı müəllim ürək çatışmazlığından vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Seçilən
63
15
mynews.az

10Mənbələr