AZ

T.RZAYEV: AZƏRBAYCAN FERMERİ ƏKDİYİ MƏHSULUN DƏYƏRİNİ VƏ GƏLİR ƏLDƏ ETMƏYİN YOLLARINI DƏQİQ BİLMƏLİDİR. » AzadMedia.az

T.RZAYEV:

Azərbaycan fermeri əkdiyi məhsulun dəyərinin, hesabının fərqində olmalı və gəlir əldə etməyin yollarını dəqiq bilməlidir.
Bunu Milli Məclisin deputatı Tahir Rzayev Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq dövlət orqanları və digər tərəfdaşlarla birgə təşkil etdiyi çoxsaylı aqrar festivallar, məhsul bayramları, satış yarmarkaları və digər tədbirlər bilavasitə regionların kənd təsərrüfatı potensialını daha dəqiq müəyyənləşdirmək, aqrar sahəyə investisiya cəlb etmək, yeni məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri möhkəmləndirmək üçün çox vacibdir.

"Odur ki, bunu dəyərləndirmək lazımdır. Bu gün fermerlərin innovasiyalara əlçatanlığını təmin etmək, sahibkarların yüksək məhsuldar taxıl sortları ilə təminatına nail olmaq günümüzün tələbidir. Yerli istehsalçıların yüksək keyfiyyətli məhsullarını və onların iş təcrübəsini geniş auditoriyaya təqdim etmək, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə əhalini məlumatlandırmaq qarşıya qoyulan başlıca vəzifələrdəndir",

Seçilən
27
2
azadmedia.az

3Mənbələr